Xarici KİV-in yaydığı məlumata görə, Suriya ərazilərində Rusiya hərbçiləri və başda ABŞ olmaqla, koalisiya qüvvələri arasında qarşıdurma baş verə bilər. Bu təhlükə barədə CNN-ə müsahibəsində ehtiyatda olan general Con Allen xəbərdarlıq edib («Exo Moskvı»).
Ağ Ev bu generalı «İslam dövləti»nə qarşı mübarizədə ABŞ-ın digər ölkələrlə qarşılıqlı fəaliyyəti məsələləri üzrə koordinatoru vəzifəsinə təyin edib.
Moskva bəyan edir ki, Rusiya, Suriya ordusuna silah göndərir. Amma bildirilir ki, bu ölkədə Rusiya hərbi qulluqçuları yoxdur.
AzPolitika.info


Şərhlər