Bu haqda Qafqaz Müsəlmanları İdarəsi məlumat verib.
Səudiyyə Ərəbistanında Məscidi-Haramda baş verən faciə zamanı xəsarət alanlar içərisində azərbaycanlılar olmayıb.
Bunu ans press-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Onun sözlərinə görə, azərbaycanlı zəvvarlar dünən Mədinə şəhərində olublar.
"Şükürlər olsun ki, hadisə zamanı orada azərbaycanlı zəvvarlar olmayıblar. Bizim zəvvarlar hələ bu gün Məkkəyə gedəcəklər. Dünən ziyarət planına əsasən onlar Mədinə şəhərində olublar", - deyə Rəhimə Dadaşova bildirib.
Dünən Məkkə şəhərindəki Məscidi Haramda təmir və restovrasiya işləri aparan böyük kranlardan biri aşıb. Həcc mövsümü və cümə günü olduğundan məscid ərazisində böyük izdiham olub və 107 zəvvar dünyasını dəyişib. Bundan başqa 238 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölənlərin sayının artacağı istisna edilmir.
Kran faciəsinin baş verdiyi video görüntülər


Şərhlər