“Rusiya hərbcilərini nə üçün Suriyaya yollayır?”

Dünyanın aparıcı KİV-ləri Rusiya hərbçilərinin Bəşər Əşədə kömək məqsədilə Suriyaya göndərilməsi məsələsini aktiv şəkildə müzakirəyə çıxarıblar. Burada söhbət təkcə piyadalardan deyil, həmçinin təyyarələrdən və digər ağır silah növlərindən gedir. Bütün bunlarla əlaqədar ağıla üç sual gəlir: Nə üçün məhz indi? Bu həqiqətənmi Rusiyanın qəti və yekun qərararıdır? Baş verənlər nə dərəcədə Qərb üçün pis nəticə verə bilər?

Gəlin birinci sualı nəzərdən keçirək. Hadisələrin qısa xronikası belədir: avqust ayında Səudiyyə Ərəbistanının nüfuzlu məmurlarının Rusiyanın yüksək ranqlı məmurları ilə görüşmələrinə baxmayaraq, Səudiyyə Ərəbistanının kralı Putinlə birlikdə sammit keçirmək istəmir. Bunun əvəzinə o, ABŞ prezidenti ilə görüşür və elan edir ki, Səudiyyə Ərəbistanı İranın nüvə proqramı üzrə razılaşmanı dəstəkləyir. Sonradan isə Moskva Suriyaya tank və ola bilər ki, 1000 nəfərlik hərbi kontingent və həmçinin də müasir reaktiv qırıcı təyyarələr, zenit kompeksləri yollayır. İndi baş verənləri Suriyanın silahlandırılması adlandırırlar ki, bu da öz növbəsində bizim qarşımızda bir sıra suallar yaradır.

İndiki anın seçilməsi aşağıdakılardan xəbər verir: Rusiya və Səudiyyə Ərəbistanının dövlət nümayəndələrinin yüksək səviyyədəki görüşləri bu və ya digər tərəf üçün gözlənilən nəticəni verməyib. Böyük və geniş sammit isə baş tutmayıb. Heç bir şübhə yoxdur ki, Səudiyyə Ərəbistanı Rusiyanın Əsədə yardımdan imtina etməsi təqdirində, neftin qiymətinin qaldırlması üçün onun hasilatını azaldacağını bildirib. Moskva isə bu təklifi rədd edib. Bundan sonra Səudiyyə kralı ABŞ-a gedib və hətta İranla bağlanmış müqaviləni razılıqla qarşıladığını söyləyib. Moskva isə cavab gedişi kimi, Suriyanın silah təchizatını artırıb. Bizim hal-hazırda müşahidə etdiklərimiz, ümumi yekun nəticə kimi mötədil səviyyəli qarşıdurmadır. Bu qarşıdurma taktiki gedişlərlə indiki vəziyyətin gələcəkdə daha kəskin strateji oyuna çevriləcəyinə işarədir.

KİV-lərdə həmçinin Suriyaya göndərilən hərbçilər içərisində Krımı zəbt edən dəstələrin olduğu da bildirilir. Belə güman edilir ki, bu dəstələrdəki adamlar döyüşlərdə bərkiyib. Ancaq həmin hərbçilərin döyüşlərdə bərkimiş adamlar kimi qələmə verilməsi yanlışdır. Çünki onlar Krımda heç bir müqavimətlə rastlaşmayıblar. Əgər Putin bu işə Donbasdakı veteranları cəlb edərsə, onda onun Suriyadakı döyüşlərə ciddi şəkildə qoşulmaq niyyətində olduğu bəlli olar.

Rusiya sadəcə olaraq, Səudiyyə Ərəbistanına siqnal göndərir ki, Əsədin xilası məsələsi müzakirə predmeti ola bilməz və Moskva balansın onun xeyrinə dəyişilməsi üçün istənilən zaman münaqişəyə müdaxilə edə bilər. Səudiyyə Ərəbistanının yenidən yaxınlıq qurduğu ABŞ üçün isə təhlükə aviasiya və zenit qurğularından gələ bilər (Səudiyyə Ərəbistanının casusları yalnız yerüstü əməliyyatlar keçirirlər). Putin bununla Obamaya demək istəyir ki, ola bilər ki, biz havada toqquşa bilərik və zaman-zaman bahalı hərbi avadanlıqlara ciddi ziyanlar da vurulacaq. Kreml söyləmək istəyir ki, Rusiyaya müttəfiq və ya da ki, ciddi əngəl kimi qəbul olunmalıdır və elə ona görə də Moskva ilə məsləhətləşmək lazımdır. Bax, Kreml bu və yə digər formada siqnallar göndərir. Lakin Moskva çətin ki, öz istədiyini həyata keçirməyi bacaracaq.

ABŞ Dövlət Departamenti nümayədələrinin nə qədər narazı olmalarına baxmayaraq, Amerika Rusiyanın Suriyaya müdaxiləsini böyük təhlükə hesab etmir. Obama özünün bütün siyasi kapitalını ABŞ-ın Yaxın Şərqdəki hər hansı müharibədə iştirak etməməsi yönünə sərf edib. ABŞ prezidenti yaxşı anlayır ki, bu mübarizə heç zaman qurtarmayacaq. Yaxın 10 il ərzində heç kim bu xaos vəziyyətində qayda–qanun yarada bilməyəcək. Hətta əgər amerikan hərbçiləri İraqda qalsaydılar belə, yenə də ciddi dəyişikliklər olmayacaqdı.

Sünnü gücləri Suriya üçün çox saylı problemlər gətirəcəklər. Ona görə ki, onlar hələ də ABŞ–ın keçmiş prezidenti Corc Buşun İraq şiələrini hakimiyyətə gətirməsindən bərk qəzəblidirlər. Sünnü ölkələri (Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Səudiyyə Ərəbistanı) qisas almaq fikrindədirlər. Şiələr İraqı ələ keçirirlər. Sünnü çoxluğu isə Suriyanı götürmək istəyir. Amerikan hərbçilərinin İraqdan çəkilməsi Suriyadakı “ərəb baharı”na son qoymadı. Suriyadakı hadisələr qəflətən başladı və tezliklə də Fars körfəzi ölkələri tərəfindən müdafiə olundu. Bu o demək idi ki, amerikan ordusu Suriyada başlamış və İraqa da yayılmış vətəndaş müharibəsinin qarşısını almaq üçün bu ölkədə qalmalıymış. Amerika İraqda qala bilərdi, ancaq nəyin naminə? Bəs, Yəmən, Liviya, Misir və digər ölkələr? Oradakı hadisələr, hətta İŞİD olmadan da başlamışdı. Bu region nə vaxtsa partlamalı idi. Əvvəldə bildirdiyimiz kimi, Amerikan hərbçilərinin İraqda qalmasının isə elə bir əhəmiyyəti olmayacaqdı.

Putinin bu münaqişədəki səthi iştirakı, Obamanın zəifliyinə və ya Amerika ordusunun İraqdan çıxarılmasının böyük yanlışlıq olduğuna dəlalət etmir. Həqiqətən də ABŞ mərkəzi komandanlığı, Mərkəzi Kəşfiyyat İdarəsi və Hərbi Kəşfiyyat Agentliyinin məmurları, Rusiyanın Suriya münaqişəsinə müdaxilə edəcəyi münasibəti ilə bir-birilərini sakitcə təbrik edirlər. Gəlin bir anlığa mənzərəyə bütöv baxaq. Moskva Əfqanıstana müdaxilə etdi və Sovet İttifaqı dağıldı. ABŞ İraq və Əfqanıstana girdi. Bəs nəticə necə oldu? Çin dünya gücünə çevrildi, Rusiya isə keçmiş imperiyanın bərpasına başladı. Beləliklə, doğrudanmı Putin bu cür fəlakətli səhv etməyə hazırlaşır? Əgər o belər bir addım atarsa, onda istənilən halda bu onun əsl məhvedici səhvi olacaq.

Ancaq bu baş verməyəcək. Putin kifayət qədər hiyləgər strateqdir. Rusiya hərbçiləri hədsiz məşğuldurlar. Çünki onlar Gürcüstan və Ukrayna separatçılarını müdafiə etməli, Pribaltikanı qorxutmalı, Moldovada stabiliyyi pozmalıdırlar. Bu siahıya Suriya münaqişəsinin də əlavə olunmasına nə ehtiyac var? (Forbes)

Çevirdi: Vaqif NƏSİBOV