Artıq bir neçə gündür sosial şəbəkələrdə şəxsiyyətləri məlum olmayan şəxslər tərəfindən Azərbaycanda dəhşətli terror aktları törədiləcəyinə dair məlumatlar yayılır.

Bu haqda jam.az xəbər verir ki, üç gün öncədən başlayan təhdidlərdə ilk olaraq Azərbaycan hakimiyyəti hədəf olaraq göstərilmişdi. İki gün öncədən isə bu sıraya polislər fərd olaraq əlavə edilib.

Qeyd edək ki, ilk məlumatı yayanlar sırasında «Meşə Qardaşları» və «Ceyşullah» terror təşkilatının adları çəkilirdi. Daha doğrusu, bu bəyanatları məhz həmin təşkilatların adından yaymışdılar. İki gün öncə yayılmış bəyanatın müəllifi ilə gizli saxlanılırdı. Dünən gecə saatlarında isə həmin terror təşkilatının da adı məlum olub.Bildirək ki, belə bəyanatların sosial şəbəkələr vasitəsi ilə yayılmasına münasibət birmənalı deyil. Bəzi müşahidəçilər hesab edirlər ki, bu bəyanatlar məqsədli şəkildə yayılır. Məqsəd isə cəmiyyətdə gərginlik havası yaratmaq, toplumun qorxu reflekslərini oyaq tutmaqdır.