ABŞ prezidenti Barak Obama miqrantları Amerika vətəndaşlığını almaqda daha fəal olmağa çağırıb. Virtualaz.org "RİA-Novosti"yə istinadən bildirir ki, ABŞ prezidenti sentyabrın 17-də, vətəndaşlıq gününə həsr edilmiş çıxışnda deyib: “Əgər sizin vətəndaşlıq almağa hüququnuz varsa, bu prosesi elə bu gün başlayın. Birlikdə biz Amerikanı daha da güclü edəcəyik!”, -
Qeyd edək ki, hazırda ABŞ-da 13,3 milyon miqrant yaşayır. Onlardan 25 ildən artıq orada yaşayan 8,8 milyonunun ABŞ vətəndaşlığı almağa tam hüququ çatır.


Şərhlər