Menu

Lənkəran rayon sakini özünü güllələyib

01.02.2014, 16:15
Lənkəran rayon sakini özünü güllələyib

Azərbaycanın Lənkəran rayonunda güllələnmə hadisəsi baş verib.

Bu barədə APA-nın Cənub bürosuna Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin müdiri Rafiq Qasımov məlumat verib.

Onun sözlərinə görə, rayonun Şağlakücə kənd sakini, 1968-ci il təvəllüdlü Əbdülhüseyn Aydın oğlu Axundov bu gün səhər saatlarında ovda ikən ehtiyatsızlıqdan əlindəki tüfəngdən açılan atəşdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol