Menu

“Kurlar Vadisi Pusu”da azan niyə tərs oxunur? – İlahiyyatçıdan açıqlama

18.09.2015, 11:19
“Kurlar Vadisi Pusu”da azan niyə tərs oxunur? – İlahiyyatçıdan açıqlama

Yeni mövsümünə ötən gün başlayan “Kurtlar Vadisi Pusu” serialında “Naze müziği” soundtrekində azanın tərsinə oxunması Türkiyə ictimaiyyəti və sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Bir çox inanclı insanlar azanın tərsinə oxunmasını “cin-şeytan əməli” kimi dəyərləndirsə də, Azərbaycanın tanınmış ilahiyyatçısı Elşad Miri AzPolitika.info-ya açıqlamasında burda nə şüuraltına təsir, nə də hər hansı qərəz görmədiyini bildirib.

“Mən özüm “Pana Holding”in sahibləri ilə də görüşmüşəm. Kənardan onlar hər nə qədər fərqli insanlar kimi tanınsalar da, mən onların dinə çox yaxın olduqlarını müşahidə etmişəm. Onlar Nəqşibəndi təriqətinə yaxın adamlardır. Həmin musiqini də dinlədim, orda hansısa şüuraltı təsirin olduğunu düşünmürəm. Cin-şeytan məsələsi demək də düzgün deyil”.

Xarici filmlərdə şüraltı təsirin daha çox olduğunu deyən ilahiyyatçı qeyd edib ki, xristianlığın təbliği ilə də bağlı “mesajlar” az deyil.

“Azərbaycan telekanallarının, yaxud da dünyadakı müsəlman ölkələrində televiziyaların efirində yayımlanan filmlərə fikir verin. Xüsusilə də, “Hollivud” filmlərində tez-tez xaç məsələsinin gündəmə gəlməsi artıq şüuraltına təsirdən çox “gözə soxmaq” kimi bir şeydir. Bunlar da (“Kurtlar Vadisi Pusu”nun yaradıcı heyəti – red.) insanlara tanış olan, inandıqları bir səsi fərqli şəkildə təqdim edərək diqqətə çatdırırlarsa, bunu alqışlamaq lazımdır, pisləmək yox”, - deyə E.Miri əlavə edib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol