Bütün dünyanın separatçı hərəkatlarının liderləri bu gün Moskvaya toplaşıb. Musavat.com-un məlumatına görə, bu barədə Espresso.TV xəbər yayıb. Xəbərə görə, onlar “Xalqların öz müqəddəratını təyinetmə hüququ” adlı tədbirdə iştirak edirlər.
Rusiya paytaxtının mərkəzindəki “Prezident-otel”də “Millətlərin dialoqu: xalqların öz müqəddəratını təyinetmə hüququ” mövzusunda iclas keçirilir.
Tədbirin təşkilatçısı – Kremlin maliyyələşdirdiyi “Rusiyanın antiqlobalist hərəkatı” adlı qurumdur. Bu təşkilatın fəxri üzvlərindən biri də Bəşər Əsəddir.
Bildirilir ki, tədbirə qatılmaq uçub Kataloniyadan (İspaniya), İrlandyadan, “Ərəb Respublikası”ndan, ABŞ-dan (Havay, Texas) separatçılar Moskvaya axışıb.


Şərhlər