Menu

Suriyanın Tartus limanında 1700 rusiyalı hərbçi yerləşdirilib

21.09.2015, 14:41
Suriyanın Tartus limanında 1700 rusiyalı hərbçi yerləşdirilib

AzPolitika.info-nun “Kommersant”a istinadən verdiyi məlumata görə, müqaviləli Rusiya hərbçisi adıkeçən qəzetə bildirib ki, əvvəl Tartus limanında bir neçə rusiyalı hərbçi olduğu halda, indi onların sayı 1700-ə çatıb.

“Onlar obyektdə quruculuq işləri və mühafizəni təşkil edir, liman körpüsünü yenidən bərpa edirlər”, - deyə hərbçi qeyd edib.

Onun sözlərinə görə, Suriyada Rusiya hərbçiləri 3 ay ezamiyyətdə olur, ondan sonra isə rotasiya gözlənilir.

RG Baş Qərargahında hərbi-dəniz bazasının genişləndirilməsi barədə planlar olduğu təsdiqlənib, amma rəsmi açıqlamaya görə, bunun “hərbi müdaxilə” ilə əlaqəsi yoxdur.

Bundan əvvəl də Rusiyanın Suriyaya 12 qırıcı göndərməyə hazırlaşdığı barədə məlumat yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol