Menu

ABŞ Olimpiya yığmasının məşqçisi ölü tapıldı

21.09.2015, 16:24

Absh-bayraqiABŞ Olimpiya yığmasının gimnastika üzrə sabiq məşqçisi Marvin Şarp cəza çəkdiyi türmə kamerasında ölü tapılıb.

AzPolitika.info-nun NBC-yə istinadən verdiyi məlumata görə, bu ilin avqustunda yeniyetmələri yoldan çıxarmaq və uşaq pornoqrafiyası çəkmək ittihamı ilə həbs olunmuş məşqçinin 49 yaşı var idi.

Onun iki yetirməsi 2008-ci ildə Pekində keçirilmiş Olimpiya Oyunlarında gümüş medal qazanıblar. Şarpın şəxsi Gimnastika Akademiyası 14 il ərzində milli çempionatlara 100-dən çox atlet göndərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol