Menu

Mərkəzi Bankdan daha bir banka qadağa - Pul qəbulu dayandırıldı

21.09.2015, 18:09
Mərkəzi Bankdan daha bir banka qadağa - Pul qəbulu dayandırıldı

Azərbaycan Mərkəzi Bankı “Yunayted Kredit Bank”a əmanət qəbulunu qadağan edib.  Fins.az bildirir ki, bu barədə bankdan xəbər verilib. Ancaq qadağanın səbəbi açıqlanamayıb. Yalnız o bildirilib ki, bank əmanət qəbul edə bilmədiyi üçün kreditləşməni də dayandırmağa qərar verib.

Xatırladaq ki, bir qədər əvvəl məhkəmə çəkişməsi ucbatından “Yunayted Kredit Bank”ın həm ölkədaxili, həm də ölkəxarici hesablarına həbs qoyulmuşdu. Son nəticədə bankın əmanətçiləri pullarını geri götürə bilmirdilər. Hazırda isə bankdan bu problemin həll olunduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol