ABŞ dövlət idarələri sisteminə xaker hücumları nəticəsində təqribən 5.6 milyon amerikalının barmaq izləri haqda məlumat oğurlanıb. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə News 24 telekanalı məlumat yayıb.
Qeyd edilir ki, indiki zamanda başqalarının barmaq izləri ilə manipulyasiya imkanları olduqca məhduddur, ancaq yeni texnologiyaların inkişafı ilə situasiya dəyişə də bilər.
O da bildirilir ki, məlumat sızmasından əziyyət çəkənlərin hamısına dələduzluqdan qorunmaq üçün pulsuz xidmət təklif olunacaq.
Az öncə verilən xəbərə görə, çinli xakerlər ABŞ dövlət orqanları əməkdaşları haqda məlumatlar əsasında “facebook oxşarı” yaradıblar.


Şərhlər