AzPolitika.info-nun Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, Fransanın Rusiyaya satmaqdan imtina etdiyi, sonradan Misira satmağa razılaşdığı 2 ədəd “Mistral” gəmisinin alqı-satqı xərclərini Səudiyyə Ərəbistanı ödəməyi öhdəsini götürüb.
Fransanın “L'Express” qəzeti yazır ki, bu barədə Fransa hökumətindəki mənbələr bildirib.
Bildirilir ki, keçən il 24 “Rafal” qırıcısı almaq üçün Misirə adıkeçən krallığın köməyi və əlavə 2,5 milyard dollar kredit lazım olmuşdu. Hazırkı maliyyə dəstəyinin isə məbləği tam açıqlanmır.
Bundan əvvəl verilmiş məlumata görə, Fransanın gəmiləri Misirə satması Rusiya ilə razılaşdırılıb, köhnə müqavilənin pozulması isə Parisə 1,2 milyard dollara başa gəlib.


Şərhlər