Menu

Məkkədə azərbaycanlı zəvvar həlak oldu

24.09.2015, 21:35
Məkkədə azərbaycanlı zəvvar həlak oldu

Qurban bayramı günü Məkkədən azərbaycanlılar üçün arzuolunmaz xəbər gəldi. ANS PRESS-in məlumatına görə, Həcc ziyarətində həlak olan 700-dən artıq müsəlmanın sırasına azərbaycanlı zəvvar da daxil oldu - Mina dağından geri qayıdarkən 60 yaşlı Fəxrəddin Zeynalov dünyasını dəyişdi.

Yaralıların tibbi yardımın göstərilməsi

Mina dağında yaranan basabas nəticəsində 718 nəfər ölüb, 805 nəfər isə yaralanıb. HadisəSəudiyyə Ərəbistanında Məkkənin yaxınlığında Mina vadisində minlərlə zəvvarların Şeytana daş atdığı vaxtda baş verib. Sonuncu dəfə bu cür hadisə 2006-cı ildə baş verib. Həmin faciədə 360-dan çox zəvvar dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol