Xarici KİV-in məlumatına görə, Macarıstanın baş naziri Viktor Orban miqrasiya böhranı fonundakı davranışına görə, Almaniya hakimiyyətini «mənəvi imperializm»də ittiham edib. Bu barədə o, Xristian Sosialist İttifaqı (XSİ) fraksiyasının nümayəndələri ilə Bavariyada baş tutan görüşü zamanı bəyan edib (İnterfaks.ru).
«Almaniyanın hansı qərarlar qəbul edəcəyi əhəmiyyətli deyil - istənilən halda, həmin qərarlar yalnız ona şamil olunacaq» - deyə, «dpa» Orbandan sitat gətirir. O, eyni zamanda qeyd edib ki, Almaniyanın kansleri Angela Merkelə böyük hörmətlə yanaşır və Almaniyanın daxili siyasətinə qarışmaq fikrində deyil.
Orban qaçqın probleminin həlli üçün 6 maddədən ibarət plan təqdim etmək fikrindədir. Məsələn, bu sıradan, 3 milyard avro həcmində xüsusi fondun yaradılması barədə təşəbbüsü misal göstərmək olar.
Plan maddələrin birinə uyğun olaraq, Yunanıstana, sərhədlərinə nəzarəti Avropa İttifaqının digər ölkələri ilə birlikdə həyata keçirmək təklif olunur. «Macarıstan bu missiyada iştirak etməyə hazırdır» - deyə, Orban bəyan edib.
AzPolitika.info


Şərhlər