Dünən Londona uçub gəldim. Otlelə gedirəm və şəhəri tanıya bilmirəm! Bütün lövhələr (reklam lövhələri - M.A.) ərəb dilindədir, qadınlar çadrada, kişilər isə hansısa xalatda...
İndi burada insanlar pivə və ənənəvi ingilis «fiş&çips»i əvəzinə qəlyan çəkib, «falafel» (lobya əlavə edilmiş və qızardılmış balaca şar fomalı yemək) yeyirlər. Mənim sevimli Londonumla nə baş verib? Bu, nə zaman baş verib?
Son vaxtlar miqrant mövzusu Avropanı silkələyir. Bəziləri deyirlər ki, qorxulu heç nə baş vermir - Avropa bütün bunları həzm edəcək və növbəti bir neçə milyon qaçqını görməyəcək. Digərləri isə bizim tanıdığımız Avropanın sonu çatdığını dilə gətirir...
İlya Varlamov («Exo Moskvı»)
Çevirdi: Mirzə AĞ


Şərhlər