Menu

Belarus, Rusiyanın iddiasına cavab verdi

25.09.2015, 00:05
Belarus, Rusiyanın iddiasına cavab verdi

Rusiya KİV-nin yaydığı məlumata görə, Belarus meyvə və tərəvəzlərin mənşəyi barədə Rusiyanın iddiasına cavab verib. Respublikaının fitosanitar xidmətindən bildiriblər ki, bu ölkədə gömrükdən keçmiş məhsullar avtomatik olaraq, Belarus malına çevrilir («Exo Moskvı»).

Bu zaman verilən sertifikatlarda meyvə və tərəvəzin mənşəyi göstərilir. Bununla bərabər, Minsk əmin edir ki, Rusiyaya yalnız ərzaq embarqosu altına düşməyən ölkələrdən gətirilmiş məhsullar göndərilir.

Bu ərəfədə «Rosselxoznadzor» Belarusdan Rusiyaya gətirilən meyvə-tərəvəz məhsullarının həcminin kəskin artmasına diqqət yönəldib və bəzi «ekzotik Belarus məhsulları»nın mənşəyi barədə izahat tələb edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol