Rusiyanın işöalı altında olan Krımın sakinləri ABŞ prezidenti Barak Obamaya məktub yazıblar, məktubda onlar yaşayışlarından şikayətlənib və sanksiyaların götürülməsini xahiş ediblər.
Musavat.com-un məlumatına görə, bu barədə Ağ Evin rəsmi saytında dərc edilmiş petisiyada deyilir.
Sanksiyalar ilhaq edilmiş Krımda amerikalılara sərmayə yatırmağı qadağan edir. Bundan əlavə, yarımadada istehsal edilmiş mal, xidmət və texnologiyaların ABŞ-a birbaşa və ya dolayısıyla daxil olması yasaqlanıb.
“Sanksiyalar nəticəsində bizim region ölüb gedir. Biz əminik ki, bu, bizim yaşamaq hüququmuzu pozur” – məktubda qeyd edilir.
Ağ Evin petisiyanı nəzərdən keçirməsi üçün ona 100 min imza ilə dəstək verilməlidir.


Şərhlər