BMT Baş Məclisinin Nyu-Yorkda keçiriləcək yubiley 70-ci sessiyasında iştirakı astanasında Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Çarli Rouza müsahibə verib (Müsahibənin tam mətni sentyabrın 29-da dərc olunacaq). Aktuallığını nəzərə alıb, «Exo Moskvı» radiosunun saytında həmin müsahibənin artıq dərc olunmuş hissəsini oxucularımızın diqqətinə təqdim edirik.
Ç.Rouz: Siz, BMT-də çıxış edəcəksiniz, hamı bunu səbirsizliklə gözləyir. Uzun illərdən sonra ilk dəfə çıxış edəcəksiniz. BMT-də nə danışacaqsınız, Amerikaya, bütün dünyaya nə deyəcəksiniz?
V.Putin: Sizin müsahibənin mənim çıxışımdan əvvəl dərc olunacağını nəzərə alaraq, hesab edirəm ki, danışmağa hazırlaşdıqlarımın hamısını ətraflı şərh etmək məqsədəuyğun olmazdı. Amma ümumilikdə, əlbəttə ki, mən Birləşmiş Millətlər Təşkilatının tarixini xatırlayıram. Artıq indidən deyə bilərəm ki, BMT-nin yaradılması barədə qərar məhz bizim ölkədə - Sovet İttifaqında qəbul olunub. Rusiya Sovet İttifaqının hüquqi varisi kimi, Birləşmiş Millətlər Təşkilatının həmtəsisçisi və Təhlükəsizlik Şurasının daimi üzvüdür.
Əlbəttə, bugünkü gündən danışmaq lazım gələcək - ondan ki, bu gün beynəlxalq həyat necə formalaşır, ondan ki, BMT yeganə universal beynəlxalq təşkilatdır ki, bütün dünyada sülhün təmin olunmasını qarşıya məqsəd qoyur. Bu mənada, onun alternativi yoxdur.
O da aydındır ki, BMT dəyişən dünyaya köklənməlidir və biz hamımız bu mövzuda daim diskussiya edirik: O, necə dəyişməlidir, hansı ahənglə, keyfiyyət baxımından nə dəyişməlidir?
Aydındır, demək lazım gələcək, nəinki lazım gələcək, həm də bu beynəlxalq tribunadan istifadə edərək bugünkü beynəlxalq münasibətlərin Rusiyadan necə göründüyü, bu təşkilatın və dünya birliyinin gələcəyi barədə danışmaq lazım gələcək.
Ç.Rouz: Biz gözləyirik ki, siz «İslam dövləti» təhlükəsindən və sizin Suriyadakı iştirakınızdan danışacaqsınız. Nədən ki, sizin oradakı iştirakınız «İslam dövləti» ilə bağlıdır. Suriyadakı iştirakınızın məqsədi nədir və bu, İŞİD-lə mübarizəyə nə qədər aiddir?
V.Putin: Mən hesab edirəm, sadəcə, şübhə etmirəm ki, mübarizə problemi, terrorçuluqla mübarizənin qaçılmaz olduğu barədə praktiki olaraq, BMT tribunasından çıxış edənlərin hamısı danışacaq. Mən də bu mövzudan yan keçə bilməyəcəm. Bu təbiidir, çünki o, hamımız üçün ciddi təhlükədir. Bu gün terrorizm dünyanın əksər dövlətləri üçün təhlükə yaradır, onun cinayətkar əməllərindən çoxlu sayda insan - yüz minlərlə, milyonlarla insan əziyyət çəkir. Odur ki, bizim hamımızın qarşısında bir tapşırıq dayanır - bu şərə qarşı mübarizədə səyləri birləşdirmək.
Bizə gəlincə, sizin dediyiniz kimi, Suriyadakı iştirakımız - o, bu gün üçün Suriya hökumətinə silah göndərməkdən, personalın öyrədilməsindən və Suriya xalqına humanitar yardım göstərməkdən ibarətdir.
Biz, BMT-nin Nizamnaməsindən çıxış edirik, yəni ki, müasir beynəlxalq hüququn əsaslarından. Həmin əsaslara görə, bu və ya digər, o cümlədən, həm də hərbi kömək istisnasız olaraq, bu və ya digər ölkələrin legitim hökumətlərinə, həm də onların razılığı və xahişi və yaxud da BMT TŞ-nın qərarı ilə göstərilə bilər.
Konkret halda, biz Suriya hökumətinin ona hərbi-texniki kömək göstərilməsi xahişi ilə iş görürük. Biz bunu mütləq leqal beynəlxalq kontraktlar çərçivəsində həyata keçiririk.
Ç.Rouz: Dövlət katibi Con Kerri deyib ki, İŞİD-lə mübarizədə sizin dəstəyinizi alqışlayır. Digərləri hesab edirlər ki, bunlar döyüş təyyarələri və zenit-raket kompleksləridir ki, ekstremistlərə qarşı yox, adi ordulara qarşı istifadə olunur...
V.Putin: Orada tək bircə adi legitim ordu var. O, Suriya prezidenti Əsədin ordusudur. Ona qarşı, bizim bəzi beynəlxalq həmkarlarımızın səsələndirdiyi kimi, orada «müxalifət» dayanır. Əslində isə real həyatda, Əsəd terrorçu təşkilatlarla mübarizə aparır. Siz ki, məndən yaxşı bilirsiniz - ABŞ Senatında lap indilərdə aparılan dinləmələrdə, səhv etmirəmsə, hərbçilər - Petaqon nümayəndələri senatorlar qarşısında hesabat verdilər ki, müxalif qüvvələrin hərbi hissələrinin hazırlanması üçün ABŞ nələri edib.
Əvvəlcə məqsəd qoyulmuşdu ki, 5-6 min döyüşçü hazırlansın, sonra - 12 min. Nəticədə, məlum oldu ki, cəmi 60-ı hazırlanıb. Əldə silah döyüşənlərin sayı isə 4 və ya 5 min nəfərdir, bütün qalanlar isə ABŞ silahı ilə birlikdə İŞİD-in tərəfinə keçib - bu, birincisi.
İkincisi, mənim nəzərimcə, legitim olmayan strukturlara hərbi kömək göstərilməsi müasir beynəlxalq hüququn və BMT-nin nizamnaməsinin prinsiplərinə cavab vermir. Biz isə istisnasız olaraq, leqal hökumət strukturlarını dəstəkləyirik.
Bununla əlaqədar olaraq, biz həm də bölgə ölkələrilə əməkdaşlıq təklif edirik. Biz, hansısa bir koordinasiya strukturu yaratmağa çalışırıq. Mən şəxsən bu barədə Türkiyə prezidentini, Səudiyyə Ərəbistanı kralını məlumatlandırmışam.
Biz bu barədə həm də Birləşmiş Ştatları və cənab Kerrini məlumatlandırmışıq. Bizim hərbçilər də qarşılıqlı təmaslarda bu mövzunu müzakirə edirlər. Biz, terroçulara qarşı birgə mübarizədə ümumi platformanı tapa bilsəydik, şad olardıq.
Ruscadan çevirdi: Mirzə AĞ


Şərhlər