Menu

AŞPA qış sessiyasında yeni prezident seçəcək

28.09.2015, 18:19

avropa parlamenti eu aspaAvropa Şurası Parlament Assambleyası növbəti, qış sessiyasında yeni prezident seçəcək.

APA-nın məlumatına görə, bunu hazırkı prezident Ann Brassör Strasburqda başlayan payız sessiyasında çıxışı zamanı deyib. “2016-cı ilin yanvarından yeni prezident olacaq. Bu, prezident kimi mənim son iclasımdır”, - deyə o, söyləyib.

AŞPA-nın daxili prosedur qaydalarına uyğun olaraq prezidentlik növbəsi Avropa Xalq Partiyası fraksiyasına çatıb. Bu fraksiyadan isə prezidentliyə namizədlik üçün fraksiyanın rəhbəri Pedro Aqramunt və AŞPA-nın keçmiş prezidenti Jan Klod Minyon mübarizə aparacaq. Xatırladaq ki, P. Aqramunt AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol