10 ildir boş qalan villanın aylıq kirayə pulu 50 min dollardır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı villasına qonşu olan 7 hamamlı imarəti prezidentin qızı Sümeyyə Ərdoğanın dərnəyi olan KADEM (Qadın və Demokratiya Dərnəyi) icarəyə götürüb.
Musavat.com-un məlumatına görə, imarət Türkiyə prezidentinin Üsküdardardakı villası ilə qonşuluqda yerləşir. İş adamı Yılmaz Öztaşkına aid olan imarətin qiyməyi 15 milyon dollardır.
İkinci dərəcəli tarixi əsər kimi qiymətləndirilən imarətin birinci mərtəbəsi 450 kv metrdir. bu mərtəbədə təmir işləri hələ də davam edir. İmarətin yuxarı mərtəbəsində isə 3 ədəd 200 kv metrlik girişləri ayrı olan evlər yer alır. 16 otaqlı evin arxa baxçası isə Türkiyə prezidentinin evi ilə bitişikdir. Kadın hüquqları təşkilatı olan KADEM-in icarəyə götürdüyü bu imarətin qarşısında mülki və rəsmi polis maşınları dayanır.
Polis maşınları prezidentin evini qorumaq üçün gecə-gündüz növbə çəkir. Beləliklə, iki villa da təhlükəsizlik baxımından heç bir problem yaşamır. Yaxınlıqda isə R. T. Ərdoğan üçün düzəldilmiş helikopter meydançası var.



Şərhlər