Menu

Neftlə bağlı kritik açıqlama - 45 dollar ətrafında qalacaq

29.09.2015, 22:48

oil neftNeftin qiyməti uzun müddət 45 dollar ətrafında qalacaq. Axar.az xəbər verir ki, bu barədə Avstriyanın “ Kuryer” qəzetinə açıqlamasında Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fateh Birol deyib. “Neftin qiymətinin gələcəkdə 100 dollar olması ilə bağlı suallara gəldikdə, sadəcə onu deyə bilərəm ki, neftin dünya bazar qiymətindəki aşağı həddi bir neçə rüb davam edəcək. Bu proses böyük neft şirkətləri üçün çox böyük problemlər deməkdir. Hətta investisiyaların həcmi bu il beşdə birə qədər azalıb. Çünki builki qədər aşağı hədlə qarşılaşmamışdılar”, - deyə Fateh Birol bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol