Menu

Ermənilər Azərbaycan ərazilərini yandırıcı güllələrlə atəşə tutub

30.09.2015, 10:39
Ermənilər Azərbaycan ərazilərini yandırıcı güllələrlə atəşə tutub

Ermənilər Azərbaycanın Ağdam rayonunda kəndləri yandırıcı güllələrlə atəşə tutub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən gecə ermənilərin açdığı atəş nəticəsində Ağdamın Hacıməmmədli kəndi sakini Yavər Vəliyevə məxsus ot tayasında yanğın başlayıb.

Ərazi Ermənistan Silahlı Qüvvələrinin mövqelərindən tam müşahidə olunduğundan yanğına müdaxilə etmək mümkün olmayıb. Nəticədə 200 bağlama ot tamamilə yanaraq, külə dönüb. Alov yaxınlıqdakı tiklilərə keçməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol