Menu

Ramil Usubov Suraxanıya yeni rəis təyin etdi

05.02.2014, 11:46
Ramil Usubov Suraxanıya yeni rəis təyin etdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun bu gün imzaladığı əmrlə Suraxanı Rayon Polisİdarəsinə yeni rəis təyin edilib.

Virtualaz.org modern.az-a istinadən bildirir ki, əmrə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Təhmasib İbrahimov vəzifəsindən azad edilərək, Suraxanı rayonuna polis rəisi təyin edilib. Beyləqan rayonunun polis rəisi vəzifəsinə isə hələlik təyinat yoxdur.

Xatırladaq ki, yanvarın 28-də Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Ramil Usubov Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılovu küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol