Menu

İran Rusiyanın Suriyaya girməsini dəstəklədi

30.09.2015, 21:56
İran Rusiyanın Suriyaya girməsini dəstəklədi

Tehran Rusiyanın Suriya ərazisində İŞİD-ə aviazərbələr endirməsi üçün öz hərbi hava qüvvələrindən istifadə etməsi qərarını alqışlayır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mərziyə Əfxəm söyləyib. Onun sözlərinə görə, İran regionda terrorizmlə mübarizə üçün istənilən addıma pozitiv baxır.

Qeyd edək ki, bu gün Rusiya Federasiya Şurası ordunun xarici ölkələrdə fəaliyyəti haqqında qərar qəbul edib. Bunun ardınca isə Əsəd Moskvadan Suriyaya hərbi dəstək verməsini istəyib və müsbət cavab alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol