Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) yarımadada gərginliyin bitməsi naminə ABŞ-la konstruktiv dialoqa hazırdır.
AzPolitika.info-nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bunu Şimali Koreyanın xarici işlər naziri Li Su Yen BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu, o zaman baş verər ki, ABŞ Şimali Koreya ilə sülh sazişi imzalasın.
O, 1953-cü il bağlanmış atəşkəs sazişinin sülh sazişi ilə əvəz olunacağı və KİV-də “kiminsə təxribatları” barədə iddiaların aradan qalxacağı təqdirdə Koreya yarımadasında müharibənin və münaqişələrin qarşısının alınması üçün ABŞ-la dialoqa gedəcəklərini vurğulayıb.


Şərhlər