Avropa Komissiyasının ekspertləri qaçqınların vəziyyətini müzakirə etmək üçün yaxın günlərdə Türkiyəyə gedəcəklər.
AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə AK-nın nümayəndəsi Marqaritis Sxinas bildirib. O, başda genişlənmə siyasəti üzrə baş katib Kristian Daielsonun rəhbərliyi ilə missiyanın Türkiyəyə yola düşəcəyini deyib.
Qaçqın böhranı ilə bağlı məsələlərə Türkiyə ilə birgə baxılacağı bildirilir. Səfər zamanı Rəcəb Tayyib Ərdoğanın Aİ rəsmilərinə görüşləri üçün hazırlığın da aparılacağı əlavə olunub.


Şərhlər