Menu

“Rusiya bölgəyə müdaxilə etməklə böyük səhv edib” - Əhməd Davudoğlu

08.10.2015, 09:36
“Rusiya bölgəyə müdaxilə etməklə böyük səhv edib” - Əhməd Davudoğlu

Rusiya bölgəyə müdaxilə etməklə böyük səhv edib.

Trend-in “Milliyət”-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.

“Rusiyanın verdiyi qərar münaqişəni fərqli mərhələyə keçirib. Rusiya bölgəyə müdaxilə edərək, o cümlədən sərhədlərimizi pozaraq böyük səhv edib. Bunu qəbul etməyimiz, dözüm göstərməyimiz mümkün deyil", Davudoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyinə hörmət göstərilməsini gözləyir. Bizim hava məkanımızı kimsə poza bilməz, Davudoğlu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol