Türkiyənin “İncirlik” bazasından havaya qalxan ABŞ təyyarələri Suriya səmasında Rusiya təyyarəsi tərəfindən maneə ilə üzləşib.
AzPolitika.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Raqqa yaxınlığındankı hədəfləri vurmağa gedən ABŞ təyyarələri Rusiya təyyarəsi ilə üzləşdikdə təhlükəsizlik məsafəsini qorumağa çalışsalarda, qarşı tərəf onlara imkan yaratmadan səmtini dəyişməyib.
Qarşıdurmadan çəkinən ABŞ təyyarələri marşrutu dəyişməyə məcbur qalıblar ki, nəticədə İŞİD obyektlərinə zərbə planı da təxirə salınıb.


Şərhlər