Türkiyənin Şırnak şəhərində oktyabrın əvvəllərində PKK-çı cəsədinin zirehli maşına bağlanılıb sürüdülməsinə görə 2 polis işdən qovulub.
AzPolitika.info-nun "Sabah"a istinadən verdiyi məlumata görə, bu gün həmin hadisədə iştirak edən polislərin vəzifəsindən uzaqlaşdırıldığı deyilib.
HDP rəhbərliyi tərəfindən paylaşılan həmin görüntülərdə meyiti sürüdülən terorçu Şırnakın HDP-çi deputatı Leyla Birlikin qaynı Hacı Lokman Birlik olub.
Polisdən verilən açıqlamada bildirilmişdi ki, bu hərəkət meyitə bomba bağlanması ehtimalına görə requlyar yoxlama tədbiri olub və cəsədi sırf təhlükəsizlik məqsədi ilə bir neçə metr sürüyüblər.

Şərhlər