Vladimir Filat banklardan 1 milyard dolların yoxa çıxmasında şübhəli bilinir.
Moldovanın keçmiş baş naziri, dələduzluqda şübhəli bilinən Vladimir Filat korrupsiyaya qarşı mübarizə üzrə bölmənin əməkdaşları tərəfindən həbs edilib.
Anspress-in məlumatına görə, deputatlar tərəfindən keçmiş baş nazirin toxunulmazlığı ləğv olunduqdan sonra maskalı polis onu parlament binasında yaxalayıblar.
Səsvermə başlamazdan əvvəl parlament binası qarşısına toplaşan nümayişçilər binaya girişi bağlayıblar. Keçmiş baş nazir
Moldova banklarından 1 milyard dolların yoxa çıxmasında şübhəli sayılır.
2009-2013-cü illərdə hökumət başçısı vəzifəsini tutmuş Filat hazırda Moldava Liberal-Demokratik Partiyasına başçılıq edir. O, dələduzluqda iştirak etmədiyini və ona qarşı ittihamlar siyasi motivli olduğunu bildirib.


Şərhlər