Menu

Rusiya qırıcıları 56 dinc sakinin həyatına son qoydu

16.10.2015, 12:15
Rusiya qırıcıları 56 dinc sakinin həyatına son qoydu

Bu dəfə Rusiya endirdiyi aviazərbələrlə 56 vətəndaşı öldürdü.

Suriyanın Homs şəhərini Rusiya qırıcı təyyarələrinin bombalaması nəticəsində 56 dinc sakin dünyasını dəyişib.

Anspress-in məlumatına görə, Homs şəhərinin şimalına hücum edən təyyarələr müxtəlif ərazilərdə ümumilikdə 56 nəfərin ölümünə səbəb olub. Ölənlər arasında uşaqlar da az deyil. Bundan başqa, 120 nəfər ağır xəsarət alaraq, xəstəxanalara yerləşdirilib. Hədəf alınan yerlərə külli miqdarda maddi ziyanın dəydiyi də bildirilir.

Bundan bir neçə gün əvvəl isə Rusiya qırıcılarının hücumu 32 vətəndaşın həyatına son qoyub.

Ümumiyyətlə, Rusiya Su-24 qırıcıları oktyabrın birindən etibarən Homs üzəridən şəhəri bombalayır. Onlar xüsusən şimal hissədən şəhəri sıxışdırır. Qərb hissədən isə əsasən, şəhər Əsəd rejimi tərəfindən hücumlara məruz qalır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol