Menu

Türkiyə öz sərhədlərində təyyarə vurdu - Yenilənib

16.10.2015, 15:50
Türkiyə öz sərhədlərində təyyarə vurdu - Yenilənib

Türkiyə Silahlı Qüvvələri Suriya sərhədində hansı ölkəyə aid olduğu bilinməyən təyyarə vurduqlarını açıqlayıb.

AzPolitika.info-nun məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin yaydığı açıqlamada deyilir: "Bu gün Suriya sərhədində ölkəmizin hava sahəsində hansı ölkəyə aid olduğu bilinməyən hərbi təyyarə təsbit edilib, üç dəfə xəbərdarlıqdan sonra patrul vəzifəsi yerinə yetirən təyyarələrimiz tərəfindən atəş açılaraq endirilib".

* * *

"Əl-Cəzirə"-nin yaydığı məlumatda bildirilir ki, Türkiyə qırıcıları ölkənin hava məkanında naməlum təyyarə deyil, Pilotsuz Uçan Aparatı vurub.

Pilotsuz aparat terroçu PKK-nın Suriyadakı qolu "PYD"-nin ("Demokratik Birlik Partiyası") nəzarəti altında olan ərazidən Türkiyə sərhədinə keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol