Türkiyənin "Turksat-4B" peyki Rusiyanın "Proton-M" raket-daşıyıcısı ilə geostasionar orbitə qalxıb.
AzPolitika.info-nun "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Roskosmos"da bildiriblər.
Ötən gecə "Baykonur"dan buraxılan raket bu gün səhər saatlarında peyki 36 min kilometr hündürlükdə orbitə çıxarıb. Sözügedən peyk "Mistubishi Electric" tərəfindən Türkiyə üçün istehsal edilən ikinci peykdir.


Şərhlər