Menu

Azərbaycanda qızıl fabriki işə düşdü

18.10.2015, 17:19
Azərbaycanda qızıl fabriki işə düşdü

"Anglo-Asian Mining plc" (ААМ) şirkəti Azərbaycanda mis və qiymətli metallar istehsalı üzrə yeni flotasiya fabrikini işə salıb. Trend-in şirkətə istinadən verdiyi məlumata görə, bunu AAM-ın baş direktoru Rza Vəziri deyib.

Onun sözlərinə görə, fabrikin buraxılış qabiliyyəti saatda 90 ton təşkil edir: "Hazırda metalların bərpası prosesini istehsal edilən konsentratın keyfiyyətini optimallaşdırırıq".

AAM bu il fabrikdə 5 min unsiya qızıl və 1,2 min ton mis hasil etməyi planlaşdırır. Fabrik qızıl və mis hasilatının həcmini artırmağa imkan verəcək.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol