Rusiya Suriyadakı iştirakı ilə sünnü islam dünyasını özünə qarşı çeviririmi? Bu həftə iki terror birləşməsi – “Ən Nusra” cəbhəsi və İŞİD Rusiyaya cihad elan ediblər. Onların hər ikisi islamın sünnü təriqətinə aiddirlər, Bəşər Əsəd rejimi isə ölkədəki ələvi (şiə) azlığına söykənir. Rusiyanın Suriyadakı vətəndaş müharibəsinə müdaxilə etməsi, Əsədin getməsini təkidlə istəyən Türkiyə və Səudiyyə Ərəbistanı kimi nüfuzlu sünnü ölkələrinin qəzəbinə səbəb olub. Amma Kreml Rusiyanın şiələr və sünnülər arasında mövqe tutması təssüratını dağıtmağa çalışır. Rusiya prezidenti öz müsahibələrinin birində bunu “yalançı tezis” adlandırıb. (Deutsche Welle)
“Məsələnın onun şiəliyi ilə əlaqəsi yoxdur”
Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi əməkdaşı Georgi Mirski bidirir ki, Rusiya rəhbərliyi Suriyaya müdaxiləyə sünnülər ilə şiələr arasındakı ixtilaf kontekstindən yanaşılacağını anlayırdı, lakin onlar üçün bu elədə mühüm əhəmiyyət kəsb etməyib.
Mirskinin sözlərinə görə, burada Suriya ilə Rusiyanın hərbi sahədəki əlaqələri mühüm rol oynayır və Əsədin İranın müttəfiqi olması faktı, Moskvanın öz müttəfiqini satması anlamına gəlməməlidir. Professor Mirski deyir: ”Putin lazımsız qaçış atına pul yatırıb və indi də amerikanların təzyiqləri altında uduzmuş adam kimi geriyə çəkilirmi? Putini az da olsa tanıyanlar, onun belə bir addım atacağını təsəvvürünə gətirirmi? Kremldə yaxşı başa düşürlər ki, bütün ərəb dünyasındakı sünnülər onlara qarşıdırlar və 21 ərəb ölkəsinin 20-sində sünnülər çoxluq təşkil edirlər. Amma Moskva düşünür ki, ümumi yekunda müsbət tərəflər mənfiləri üstələyəcək. Əgər küçədəki hər hansı bir adamdan İŞİD barəsində soruşsanız, o deyəcək ki, İŞİD çox qəddardır və heç bir müsəlman bunları etməməlidir. Ancaq buna baxmayaraq, onlara görə İŞİD öz sünnüləridir və Rusiya onları öldürür”.
Əsas risklər
Beyrutdakı Karneqi Mərkəzinin Yaxın Şərq üzrə aparıcı əməkdaşı Yezid Saiq güman edir ki, sünnü-şiə qarşıdurmasındakı kontekstdə Rusiya üçün başlıca risk terror hücumları və həmçinin də Suriyadakı hərbi əməliyyatlara çəkilən məsrəflərin bahalaşmasıdır. Daha sonra Y.Saiq bildirib: ”Rusiyanın müdaxiləsinın ərəb Şərqində Əsəd rejimi ilə mübarizə aparmaq istəyən yeni könüllülər dalğası yaradacağı mənə tam olaraq aydın deyil. Bu fenomen bir neçə il ərzində müşahidə olunub və ola bilər ki, Moskvanın münaqişəyə qoşulması ilə bu heç baş verməsin. Çox böyük ehtimalla, daha böyük siyasi oyunçuların reaksiyası gözlənilir. ABŞ birbaşa və ya da Səudiyyə Ərəbistanı vasitəsilə Suriya müxalifətinə idarə olunan zenit raketləri göndərə bilər. Bu mütləq olaraq qüvvələr arasınakı nisbəti dəyişməsə də, Rusiyanın məsrəflərini artıra bilər. Əgər belə olarsa, onda rusiyalılar seçim qarşısında qala bilərlər: ya öz hərbi iştiraklarını gücləndirmək və ya da ki, onu dayandırmaq”.
Böyük oyunçular - hələki təhlükəli deyillər
Mirski hesab edir ki, hələki əlavə risklər nəzərdə tutulmadığına görə indiki vəziyyət Moskvanı qane edir. Məsələ ilə bağlı o əlavə edib: ”Bütün şərhçilərin səhvi Rusiya rəhbərliyinin uzun illər irəlini planlaşdırdıqlarını düşünməsindədir. Bu gün Putin böyük uğur qazanır. Xarici mətbuatı oxuyun, hamısı eyni şeyi yazır. O, hələki bir əsgər, bir təyyarə itirməyib. Onun üçün əsas məsələnin məğzi deyil, vəziyyətin necə görünməsidir”.
Yezid Saiqın fikrinə görə isə hal-hazırda Ər-Riyadın Moskvaya təsir imkanları azdır, çünki səudiyyəlilər aşağı neft qiymətləri, yüksək büdcə xərcləri və həmçinin də Yəməndəki bahalı hərbi əməliyyatlarla üz-üzədirlər. Y.Saiq Səudiyyə Ərəbistanı və Rusiya münasibətlərinə toxunaraq söyləyir: ”Səudiyyə Ərəbistanının hakimiyyət nümayəndələri bu yay ərzində tez-tez Moskvanı ziyarət edirdilər. Onlar investisiya və Rusiya silahının alınması təklifi ilə çıxış edərək, bu yolla Moskvanı Əsəd rejiminə olan müdafiəsinin zəiflədilməsinə inandırmaq istəyirdilər. Bu məsələdə ya təkliflər ciddi olmayıb və ya da ki, Kreml üçün səudiyyəlilər ilə həyata keçiriləcək potensial sövdələşmənin Suriyaya dəyişdirilməsi o qədər də maraqlı gəlməyib. Ola bilər ki, Türkiyənin Rusiyaya təzyiq imkanları çoxdur. Digər tərəfdən isə hər iki ölkənin qarşılıqlı təsir imkanları da yüksəkdir. Rusların köməyi ilə tikiləcək AES-in tikintisindən imtina etmək olar, ancaq bu uzun danışıqlar tələb edir. Rusiyadan gələn qazı əvəzləməkdən ötrü, kömək üçün İrana müraciət etmədən onu dərhal heç nə ilə dəyişmək mümkün deyil. Türkiyənin çoxlu qaz layihələri var, lakin onlar hələki işləməyə başlamayıb. Türkiyəyə qaz ixracının kəsilməsi Rusiya üçün mühüm potensial itki olsa da, amma bunu həyata keçirməkdən yana Ankaraya illər lazımdır”.
Yeganə müsbət məqam
Yezid Saiq: ”Əsəd rejiminin nəzarəti altındakı sünnülərin sayı çoxdur. Düşünürəm ki, hər şeyin Rusiyanın şiələri müdafiə etməsi kimi qələmə verilməsi yanlışdır. Amma bu bir çox siyasi aspektdə Rusiyanın Suriyadakı maraqlarının şiə “Hezbollah” və İran ilə üst-üstə düşməsi faktını ləğv etmir”.
Məsələ ilə əlaqədar olaraq Georgi Mirskinin fikirləri belə olub: “Mən bizim aviasiyanın bu müharibəni uda biləcəyinə və İŞİD-i məhv edəcəyinə inanmıram. Ancaq mənim üçün tamamilə aydındır ki, Dəməşq və Latakiya xilas olub. Şiələr bütün həyatları boyu rus pilotlarına dua etməlidirlər. Lakin baş verən hadisələr içərisində bu yeğanə müsbət məqamdır”.
Vaqif NƏSİBOV
AzPolitika.info

Şərhlər