Misir Mərkəzi Bankı ölkənin pul vahidi Misir Lirəsində bu il üçüncü dəfə devalvasiyaya gedib.
Ölkə valyutası devalvasiya ilə Dollar qarşısında 1.3% ucuzlaşdırılaraq 7.9 Lirəyə endirilib. Euronews-un xəbərinə görə, valyutanın dollar qarşısına illik ucuzlaşması 9.8%-ə çatıb.
Beləliklə, Misir Lirəsi, Orta Şərqdə Əlcəzair Dinarından sonra ən çox dəyərdən düşmüş pul vahidi olub.
Misirdə valyuta ehtiyatları ötən ilin Sentyabr ayında son 4 ilin ən aşağı səviyyəsinə enmiş, hökumət, cari əməliyyat kəsirini 2000-ci ildən sonrakı ən yüksək göstərici olan 12.2 milyard Dollar olaraq açıqlamışdı.
Çinin pul vahidi Yuanda Avqust ayında reallaşdırdığı sürpriz devalvasiyadan sonra, inkişaf edən ölkələrin pul vahidləri təzyiq altındadır. /"Marja"


Şərhlər