Menu

"Tariflər artırılmayacaq" - Energetika naziri

20.10.2015, 10:08
"Tariflər artırılmayacaq" - Energetika naziri

"Azərbaycanda enerji tariflərinin artırılması ilə bağlı yayılan xəbərlər şayiədir".

“APA-Economics” xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev bildirib.

"Tariflər artırılmayacaq. Biz heç vaxt enerji tarifləri (tariflərin artırılması - red.) məsələsinə baxmamışıq. Heç Tarif Şurası da baxmayıb. Ona görə də, kimsə bunu seçkilərdən öncə ortaya atmaqla bundan istifadə etmək istəyir", - deyə nazir bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol