Gerhard Şröder ABŞ-a qəzəbləndi
Almaniyanın keçmiş kansleri Gerhard Şröder “Bild” qəzetinə müsahibəsində ABŞ-ın ünvanına kəskin fikirlər söyləyib. O deyib ki, ABŞ öz müttəfiqi hesab etdiyi Almaniyanın suverenliyinə hörmət göstərmir.
Şröder bildirib ki, onun mobil telefonu uzun nüddət ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi tərəfidən dinlənilib. Müxtəlif ölkələr bir-birlərinə qarşı casusluq edirlər və burada yenilik yoxdur, ancaq federal kanslerin telefonuna qulaq asmaq əndazəni aşmaq deməkdir.
”Bunun başlıca səbəbi Vaşinqtonun öz müttəfiqlərinə etibar etməməsindən qaynaqlanır”.
Yeri gəlmişkən, ”Telefon dinləmələri” skandalı ilə əlaqədar olaraq Almaniya Sosial-Demokrat Partiyası belə bir təklif irəli sürüb ki, amerikanların bu cür əməllərinə qarşı Almaniya xüsusi xidmət orqanları eyni casusluq metodları vasitəsi ilə adekvat cavab veməlidirlər.
V.Nəsibov

Şərhlər