Menu

Paytaxtda silahlı insident

22.10.2015, 00:34
Paytaxtda silahlı insident

Rusiya vətəndaşı paytaxt sakinini güllələyib.Daxili İşlər Naziriyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Rusiya Federasiyası vətəndaşı Vəli Əhmədov münaqişə zəminində qəsəbə sakini Sənan İsmayılova tüfəngdən atəş açıb. Hadisə nəticəsində S.İsmayılov xəstəxanaya aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs V.Əhmədov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi “Vinçester” markalı tüfəng, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol