Rusiya KİV-nin məlumatına görə, oktyabrın 13-dən 19-na qədər (2015) Rusiyada istehlak qiymətləri 0,2 faiz qalxıb (bir həftə əvvəl olduğu kimi). Cari ayın əvvəlindən inflyasiya 0,5 faiz, ilin əvvəlindən isə 10,9 faiz təşkil edib. Bu rəqəmlər Federal dövlət statistika xidmətinin («Rosstat») hesabatından götürülüb (Rosbalt).
Ötən ilin hesabat dövründə ölkədə inflyasiya ilin əvvəlindən 7,1 faiz, bir ayda isə 0,8 faiz səviyyəsində qeydə alınıb.
«Rosstat» qeyd edir ki, hesabat həftəsində yumurtanın qiyməti 2,2 faiz, günəbaxan yağının, karamelin, şokolad konfetlərinin qiyməti 0,7-1,2 faiz, ət konservlərinin, şorun, südün, pendirin, düyünün, vermişelin, peçenye və çayın qiyməti 0,3-0,5 faiz qalxıb.
Meyvə-tərəvəz məhsullarının qiyməti ortalama 1,9 faiz, o cümlədən, təzə xiyarın və pomidorun qiymətləri uyğun olaraq 14,5 və 12,8 faiz qalxıb.
Benzin və dizel yanacağı 0,1 faiz bahalaşıb.
Sentyarbr ayının (2015) yekunlarına görə, Rusiyada inflyasiya əvvəlki ayla müqayisədə (0,4 faiz qeydə alınıb) 0,6 faiz təşkil edib. İlə hesablamaqla, sentyabrda ölkədə inflyasiya 15,7 faizə yüksəlib. Bu rəqəm avqust ayında 15,8 faiz səviyyəsində qeydə alınıb.
AzPolitika.info


Şərhlər