Menu

Dağıstanda “İŞİD-in vilayəti”ni quranlar ifşa olundu

22.10.2015, 17:38

ISIS-IraqDağıstanda “İslam Dövlətinin Dağıstan Vilayəti” adlı qruplaşma ilə bağlı cinayət işi açılıb.

AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, istintaq gedişində bu qruplaşmanın “Əbu Muhammed” ləqəbli Rüstəm Aseldirov və “Əbu Yaser” ləqəbli Həsən Abdullayev tərəfindən təşkil edildiyi məlum olub.

Onlar Dağıstan Respublikasında İslam şəriəti əsasında rejim yaratmaq və respublikanı İŞİD-in vilayətinə çevirmək, Rusiya Federasiyasının konstitusiyasını dəyişməyə cəhddə ittiham olunurlar.

Cinayət işinə 19 nəfər qruplaşma üzvünün adı daxil edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol