Milli Şuranın 2013-cü il dekabrın 29-da Bakının Fəvvarələr meydanında keçirilmiş etiraz aksiyasında tutularaq cərimələrə məruz qalmış şəxslərə dəstək marafonunun yekun nəticələri bəlli olub. Sədr aparatının üzvü Oqtay Gülalıyev fevralın 10-da “Media forum” saytına deyib ki, fevralın 4-dən bəri marafonda 2085 manat pul toplanıb: “Toplanan vəsait tələb olunan cəriməni ödəməyə yetməsə də, pulun cərimələnənlər arasında bərabər bölünməsi qərarına gəlinib. Bu həftə ərzində pul aksiyaçılara veriləcək”.
Qarabağ döyüşçüsü Zaur Həsənovun intihara vadar edənlərin cəzalandırılması tələbi ilə keçirilmiş aksiyaya görə Səbail Rayon Məhkəməsi 16 nəfəri 300-500 manat məbləğində cərimələyib. Cərimələrin ümumi məbləği 5 min 350 manatdır.

Şərhlər