Rusiya Suriyaya aviazərbələr endirir. Hətta qanadlı raketlərdən də istifadə olunur. Putin administrasiyası Suriyadakı döyüşlərə çox ciddi və əsaslı yanaşır. Rusiya hakimiyyətinin niyyətləri və hərəkətlərinin nəinki ABŞ, AB, Türkiyə və Yaxın Şərq ölkələrinə, həmçinin Yaponiyaya da aidiyyatı var. Bəs prezident Putinin hücum əməliyyatlarına başlamasına səbəb nədir? O, bununla öz mədsədlərinə nail ola biləcəkmi?
- Xalqı qızışdıran hərbi təcavüz
Rusiya prezidentini Suriyadakı döyüş əməliyyatlarına sövq edən bir neçə motiv var. Məsələn, Əsəd rejiminin müdafiə edilməsi, iqtisadi çıxar, hərbi müəssisələrin dəstəklənməsi və Yaxın Şərqdə Rusiyanın təsir imkanlarının gücləndirilməsi və sairə. Amma geniş yayılmış izahlar bir sula cavab verə bilmir. Axı, Putin nə üçün Suriyaya məhz indi aviazərbələr endirir?
Mənim fikirlərim aşağıdakılardan ibarətdir:
Ukrayna böhranından çıxış yolları görünmür. Ukrayna mövzusu rusiyalıların ürəyini bulandırır və onlar artıq öz prezidentlərinin bu məsələdəki metodlarından məyus olublar. Rusiya lideri buna çox diqqətlə yanaşaraq, belə bir qərara gəlib ki, xalqda ruh yüksəkliyini qızışdırmaq üçün yeni hərbi və diplomatik hücuma başlamaq lazımdır. Ola bilər ki, məhz bu Putininin Suriyada hərbi əməliyyatlara başlamasının başlıca səbəbidir.
2012-ci ilin martında Putin üçüncü dəfə prezident seçkilərində qalib gəldi və əhalinin 64%-i ona səs verdi. Seçkiləri dördüncü dəfə udmaq çətin olacaq. Sözsüz ki, Krımın ilhaq edilməsi hakimiyyət üçün böyük uğur hesab olunur, çünki bu məsələ rusiyalıların milli hissinə toxunur. Elə buna görə də prezidentin populyarlıq reytinqi 80%-i ötmüşdü. Əgər bundan sonra heç bir tədbirə əl atılmasa, Putinin reytinqi aşağı düşəcək. Buna yol verməmkdən ötrü növbəti cəsarətli addım atılmalıdır.
- Rusiyanı vuracaq çətinliklər
Krımın Rusiyaya birləşdirilməsindən sonra Putin adminstrasiyasının Ukraynaya olan münasibəti daha kompleks və daha diqqətli oldu. Rusiyalıların ruh yüksəkliyinin qızışdırılmasının təminatı yoxdur və bu məsələ həll olunmamış qeyri-müəyyən bir vəziyyətdədir. Putinin Ukraynadakı taktikasının əsas sirri də elə məhz bundadır. Bu regionun Rusiyaya birləşdirilməsi ağıllı addım olmaz. Belə halda Rusiya iqtisadi, hərbi və diplomatik sferada ciddi şəkildə girdaba batacaq. Rusiya Krımı çox çətinliklə müdafiə edə bilir. Ukraynanın şərqində vəziyyəti nəzarət altında saxlamaq üçün bu bölgəyə 100 min nəfərdən ibarət daimi ordu kontingenti yerləşdirmək lazımdır. Digər tərəfdən isə belə olan halda Ukraynanın çox sürətlə NATO–ya üzv olmaq təhlükəsi də yaranır.
Putin Ukraynanın şərqindəkı qeyri-müəyyənlik zonasını bilərəkdən saxlayır. Bunun hesabına Moskva Kiyevin mövqelərini laxladır və onun qarşısını alır. Rusiyalılar bu cür mürəkkəb taktikanı anlamaqda çətinlik çəkirlər. Çünki onlara müəyyənlik lazımdır. Onlar konkret olaraq, nəyin qara, nəyinsə ağ olduğunu bilmək istəyirlər.
Digər tərəfdən Ukraynadakı hadisələr Putinin Krımın ilhaqından sonra yüksələn populyarlığına kölgə sala bilər. İş ondadır ki, Krım yarımadasının birləşdirilməsindən sonra rusiyalılar iqtisadi təzyiqlə üzləşiblər. Hal-hazırda neft qiymətlərinin düşməsi, rublun zəifləməsi və Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalar onların həyatlarına neqativ təsir göstərib.
- Putin Brejnevin yolu ilə gedəcəkmi?
“Zəfər çalınmış kiçik müharibə”. Bu siyasətçilərin xalq kütlələrinin narazılığını xarici düşmənə tərəf yönəltmək üçün əsrlər ərzində istifadə etdikləri adi üsuldur. Təbii ki, Putin də istisna deyil. Çeçen radikalları,Gürcüstan prezidenti Saakaşvili, Ukrayna prezidenti Poroşenko – bütün bunların hamısı xarici düşmənlərdir.
İndi xarici düşmən Suriya rejiminin rəhbəri Bəşər Əsədi devirmək istəyən ABŞ prezidenti Barak Obama və onun komandasıdır.
Amma hər halda bu dəfə Putin tələsib. O, Ukrayna probleminin həll edilməməsinə baxmayaraq, Suriyada döyüş fəaliyyətlərinə başlayıb. Putin tələsmədən sıra ilə problemləri növbəli şəkildə həll etmək əvəzinə bir təkanla cəbhə xəttini genişləndirməyi qərara alıb. Pol Kennedi (Paul Kennedy) özünün “Böyük dövlətlərin yüksəlişi və çöküşü” adlı kitabında sadə bir qənaətə gəlib: bütün böyük dövlətlər öz dişlərinə görə olmayan təcavüzə baş vurduqda, onların mövcudluqlarının sonu çatır.
SSRİ-nin dağılmasının bir neçə səbəbi var. Lakin onlardan ən həqiqətə uyğun gələni Brejnevin öz gücünü hesablamadan Əfqanıstanda hərbi fəaliyyətlərə başlamasıdır. Əlbəttə, Brejnevin 100 min nəfərlik quru qoşunları ilə başladığı Əfqanıstan kampaniyası ilə Putinin Suriyadakı döyüş fəaliyyətlərini bir cərgəyə qoymaq düzgün deyil. Ancaq buna baxmayaraq, əgər Rusiya lideri Yaxın Şərqdə təcavüzünü artırarsa, onda Brejnevin aqibətinin onu da gözləməyəcəyinə heç kim təminat verə bilməz.
Professor Hirosi Kimura
(“Sankei Shimbun” -Yaponiya)

Şərhlər