Menu

Yaponiyada türklər və kürdlər arasında dava düşdü - 12 yaralı

26.10.2015, 12:03
Yaponiyada türklər və kürdlər arasında dava düşdü - 12 yaralı

Türkiyədə keçiriləcək 1 noyabr parlament seçkiləri ilə bağlı Yaponiyadakı Türkiyə vətəndaşları üçün keçirilən səsvermədə türk və kürdlər arasında qarşıdurma baş verib.

AzPolitika.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Türkiyənin Tokio səfirliyi qarşısında baş verən əlbəyaxa qarşıdurmada 2 polis əməkdaşı olmaqla 12 nəfər xəsarət alıb.

Qarşıdurmanın səbəbləri məlum olmasa da, bildirilir ki, səfirlik qarşısında türklər və kürdlər arasında mübahisə düşüb və sonradan bu mübahisə əlbəyaxa davaya çevrilib.

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu ölkədə 3600 Türkiyə vətəndaşı yaşayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol