Bir neçə müddətdir ki, ölkə mediasında və ictimaiyyətdə təhsil problemləri ilə bağlı ən çox müzakirə edilən mövzulardan biri saxta diplomlarla bağlıdır. Artıq bu məsələyə təhsil naziri Mikayıl Cabbarov səviyyəsində bel münasibət bildirilib. Yayılan məlumatlarda qeyd edilir ki, hazırda ölkədə 40 minə yaxın saxta diplom daşıyıcısı var.
Ən təhlükəlisi isə odur ki, bunların yarıya qədəri müxtəlif qurumlarda çalışırlar. Mövzu ilə bağlı FaktXeber.coma-a açıqlama verən tanınmış alim, sabiq təhsil naziri Firudin Cəlilov ümumilikdə ölkənin təhsil sistemi çox bərbad vəziyyətdədir.
Ölkədə diplomlar saxta olduğu kimi, təhsilin də saxtalaşdırıldığını bildirən ekspert, “Azərbaycan təhsilini ortalığa qoyub ağlamaq üçün 7 bacı lazımdır. Təhsilimizin problemlərini daha yaxşı formada universitetlərdə çalışan vicdanlı müəllimlər bilərlər. Yaxşı olardı ki, onlar danışsınlar”, — deyə bildirdi: “Problemlərin qısa bir zamanda həll edilməsi mümkün deyil. Lakin bir ölümə çarə yoxdur. Necə ki, o vaxtı qəbul imtahanları ilə bağlı yaşanan problemlər testin gətirilməsi ilə həll edildi. Sadəcə bütün problemlərin bir yolu var və istəmək lazımdı


Şərhlər