Menu

İsveçrədəki hesablar gizli qalmayacaq

28.10.2015, 14:41
İsveçrədəki hesablar gizli qalmayacaq

Avropa Parlamenti (AP) Avropa Birliyi ilə (AB) İsveçrə arasında bank hesab məlumatlarının qarşılıqlı dəyişdirilməsiə dair müqavilə layihəsini dəstəkləyən qətnamə qəbul edib.

"Marja" xəbər verir ki, AP-nin Strasburq Şəhəri iclasında səsverməyə çıxarılan və qəbul edilən qərarda, Aİ ölkələrində və İsveçrədə qeydiyyatı olan şəxslərin bank məlumatları və fəaliyyətləri barədə məlumatlar avtomatik olaraq AB və İsveçrə arasında 2018-ci ildən etibarən paylaşılacaq.

Belə bir qərarın verilməsinin səbəbi vergilərin gizlədilməsinin qarşısının alınmasıdır.

SWISSLEAKS

Bir müddət əvvəl, İngiltərənin ən böyük banklarından HSBC-nin "varlı müştərilərinin İsveçrədəki hesabları" vasitəsilə vergi qaçırdığı iddia edilmişdi. Bu məsələ ilə əlaqədar daha əvvəl də İsveçrədə UBS, Credit Suisse və İsrail bankı Leumi-nin İsveçrə şöbəsi ABŞ tərəfindən cərimələnmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol