Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktor müavini Qurgen Yegizaryan ölkədə qətllərin açılması ilə bağlı hüquq-mühafizə orqanlarının bəyanatlarına həddən ziyadə skeptik yanaşdığını söyləyib.
Musavat.com-un erməni mətbuatına istinadən verdiyi məlumata görə, Yegizaryan ölkədə sifarişli qətllərin açılmadığına əmindir. “Biz hansı ölkədə yaşadığımızı nəzərə almalıyıq. Bu diktatura rejimidir. Diktaturalarda isə bir qayda olaraq sifarişçilər tapılmır” – deyib keçmiş xəfiyyəçi.
Onun sözlərinə görə, qanunlar sadə ölərilər üçün, adi vətəndaşları cəzalandırmaqdan ötrü yazılıb. “Ancaq müəyyən qrup var ki, qanun ona şamil olunmur. Onlar insanı qətlə yetirə, iki gündən sonra isə sərbəst şəkildə küçədə gəzə bilərlər” - əlavə edib Yegizaryan.

Şərhlər