Menu

Hərbçilərimiz qəzaya düşdü - Yarallılar var

30.10.2015, 19:41
Hərbçilərimiz qəzaya düşdü - Yarallılar var

Sumqayıt şəhərində teplovozla hərbi avtomobil toqquşub

Hadisə bu gün 11 radələrində Azərbaycan Dövlət Dəmir yolunun Yaşma-Z.Taqıyev çeşidləmə mənzilinin, 9-cu piçetində baş verib.

Bakıdan Yalamaya gedən Biləcəri Lokomotiv deposunun maşinisti 55 yaşlı Sumqayıt sakini Faiq Əzizovun idarə etdiyi teplovozla Məhəmməd Muxtarlının idarə etdiyi "Maz" markalı avtomobil toqquşub.

Nəticədə hərbi qulluqçular Məhəmməd Muxtarlı və avtomobildə olan 5 əsgər müxtəlif xəsarətlərlə MN-nin Mərkəzi Hospitalına çatdırılıb.

Onların vəziyyətinin stabil olduğu bildirilir. Məlumat anspress-ə Nəqliyyatda Baş Polis idarəsinin Xaçmaz xətt polis şöbəsindən verilib. Bildirilib ki, fakt Xaçmaz xətt polis şöbəsinin Sumqayıt bölməsində araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol