Menu

XANIM DEPUTATIMIZ KAZİNODA- Fotolar

31.10.2015, 17:54

İddialara görə, ABŞ-ın Las-Veqas şəhərindəki kozinolardan birində çəkilən şəkillərdən görünür ki, Milli Məclisin deputatı və AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru olan Aytən Mustafayeva necə əylənir.(7news.az)

Aytən Mustafayeva məsələ ilə bağlı Modern.az saytına açıqlama verib.

O bildirib ki, şəkillər montajdır: “Mən Las-Veqasda olmuşam. Amma kazinoda yox, konfransda. Lap kazinoda olsam belə, bunun heç kimə dəxli yoxdur. Mən o şəkli konfrans zamanı dəhlizdə çəkdirmişəm. Onlar isə montaj ediblər. Yayılan fotolar və yazılanlar insanın şəxsi həyatına müdaxilədir. Seçkidən sonra şəxsən bu işlə məşğul olacağam”.

Xanım  namizəd  bütün bunları seçkiqabağı aparılan qara piar adlandırıb:

“Mübarizəni kişi kimi, doğru bir şəkildə aparmalıyıq. Mən bunu kişiliyə sığışdırılan bir hərəkət saymıram. Kişi qadına qarşı bu cür hərəkət etməz”.

Qeyd edək ki, bu dairə üzrə 10 nəfərin namizədliyi qeydə alınıb. Bunlar Fəxrəddin Babayev, Çingiz Bayramov, Şövqi Bunyatov, Elşən Həsənov, Xıdır İbrahimov, Kərim Tufan, Aytən Mustafayeva, Mütəllim Rəhimov, Taleh Şahsuvarlı, Nisəxanım Vəliyevadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol